Mülk üstündə qardaşı arvadını öldürən Cəlilabad sakini məhkəmə qarşısında

Hazırda oxunan: Mülk üstündə qardaşı arvadını öldürən Cəlilabad sakini məhkəmə qarşısında

77474

Cəlilabadda qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Mehdi Həsənov barəsində ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim İslam Neymanovun icraatına verilib. 

Hadisə bu il rayonun Qarakazımlı kəndində qeydə alınıb. 

1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib. Hadisəyə mülk üstə düşən mübahisə səbəb olub. 

S.Həsənova qaynı - 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən qətlə yetirilib. 

Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. M.Həsənov şübhəli şəxs qismində saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin