Hakimiyyət “anti-intihar timləri”x9d hazırlayır

Hazırda oxunan: Hakimiyyət “anti-intihar timləri”x9d hazırlayır

77459

Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə, I Avropa Oyunları zamanı ictimai yerlərdə intihar hallarının baş verə biləcəyindən ehtiyat edən hakimiyyət güc orqanlarının əməkdaşlarından ibarət xüsusi dəstələr - anti-intihar timləri hazırlamağa qərar verib. Məqsəd ictimai yerlərdə intihar hallarının baş verməsini önləmək üçün “riskli bölgələrdə”x9d postlar yaratmaq, bu yolla intihar olaylarına çevik müdaxiləni təmin etməkdir.

“Yuxarılar”x9d hesab edir ki, Avropa Oyunları zamanı insanların sıx olduğu bölgələrdə baş verəcək nümayişkəranə intihar halları keçirilən yarışlara kölgə sala, gələn qonaqlarda ölkə ilə bağlı mənfi təəssürat formalaşdıra bilər.

Mənbənin sözlərinə görə, müxtəlif səbəblərdən intiharın astanasında dayanan şəxslərin Avropa Oyunlarından hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyi və öz ölümləri ilə mövcud idarəetmə sistemini rüsvay etməyə çalışacağı hakimiyyət ideoloqlarının ehtiyat etdiyi ehtimallar sırasındadır.

Mənbə anti-intihar timlərinə məxsus postların öz görünüşü ilə məxsusi diqqət çəkməyəcəyini və xidmətə cəlb ediləcək şəxslərin əsasən mülki formada fəaliyyət göstərəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin