Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.
Bizim.Media xəbər verir ki, 1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir.
O, Ağstafa rayon Şahin Abadov adına orta məktəbi bitirib.
Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.
Əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb.
B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.
Ailəlidir. İki oğlu var. (report)
Bizim.Media