Moderator.az xəbər verir ki, Bakı şəhəri Kürdəxanı qəsəbə sakini Kazım Əziz özünün İmam Mehdi olduğunu iddia edir.
Məlum
olduğu kimi, tarixdə indiyə qədər özünü İmam Mehdi hesab edənlər çox olub. Kazım
Əziz onların saxta olduğunu, həqiqi Mehinin özünün olduğunu ifadə edib. O, hədislərdə
imam Mehdiyə aid olan bütün əlamətlərin özündə olduğunu qeyd edir. Kazım Əziz
çoxlu sayda kitabın müəllifi olub, bir çox qəzetin redaktoru vəzifəsində
çalışıb. Hazırda ona verilən təqaüd hesabına dolanır. İndiyə qədər verdiyi
proqnozların təsdiqini tapmasını əlindəki sənədlərlə göstərməyə çalışır. Adı
bir neçə qəzetdə hallanıb və verdiyi proqnozlar mediada yer alıb.
Bu şəxs
Azərbaycandan başqa Türkiyədə də məşhurdur. O, əməkdaşımıza açıqlamasında İbrahim
Tatlısəs, Sibel Can kimi məşhurlarla yaxın olduğunu qeyd edib. Həmçinin, dövlət
məmurlarının bir çoxunun onu tanıdığını da deyir. Hazırda dövlət orqanlarında
çalışan yüksək rütbəli məmurların çoxunun onun xeyir-duası, proqnozu ilə vəzifəyə
keçdiyini dilə gətirib. Kazım Əziz Milli Məclisin spikeri Oqtay Əsədova "yaxın
müddətə parlamentdə vəzifəyə keçəcəksən" söylədiyini və bundan qısa müddət
sonra pronozunun reallaşdığını bildirib. O,Rusiyanın keçmiş baş nazirinin vəzifəsindən
ayrılacağını da proqnoz verib. Kazım Əziz həmçinin qeyd edib ki, Əli Abbasov
onun xeyir-duasi ilə vəzifəyə gəlib. Bu hadisə təsdiqlənərək qəzetdə işıq üzü
görb. Bir sözlə Kazım Əziz İmam Mehdinin zühur etdiyini və imamın şəxsən özü
olduğunu müsəlman aləminə yaymaq istəyir.
Kazım
Əziz qeyd edib ki, Qarabağın qaytarılması Mehdinin gəlişi ilə bağlıdır. Allahın
Qarabağı möhürlədiyini deyən K.Əzizin sözlərinə görə, bu barədə hədislərdə məlumatlar
var: “Mən rus televiziyalarında erməni xalqına müraciət etsəm, 40 gün ərzində
orada fəlakət baş verəcək. Ermənilər qorxaraq Qarabağdan çəkiləcəklər. Müharibə
olmayacaq. Lazım gələrsə, Mehdi ordusu bunun üçün cihad da aparacaq. Qarabağ
sülh yolu ilə qaytarılacaq. Qarabağın açarı məndədir. Əgər prezidentlə görüşərəmsə, “Qarabağın
Açarını”x9d təqdim edəcəm”x9d.
Kazım
Əziz hal-hazırda dünyada böyük bəlaya çevrilən İŞİD-lə də bağlı açıqlama verib.
O, İŞİD-i özünə tabe edəcəyinə inanır:
“Musanın
qəzəbi məndə olduğu üçün əsəbiyəm. Beynimdə çox qarışıq fikirlər olur. Allahdan
vəhy gələndən sonra bilmədiklərimi bilirəm. İŞİD-i məğlub
etmək üçün Suriyaya getmək istəyirəm. Hər yerə bu barədə məlumat verirəm. Böyük
qarabayraqlılarla gələndə onlar mənə təslim olacaqlar. İŞİD hədislərdə adı keçən
kiçik qarabayraqlılardır. Onlar da məni qəbul etdikləri üçün beyət edəcəklər.
Bütün dünya mənim Mehdi olduğumu qəbul edəcək. Onlar mənə toxuna da bilməzlər.
Suriya hadisələrində mənim ortaya çıxmağım peyğəmbər hədislərində də var. Bu Məhərrəm
ayında baş verəcək.
Kazım
Əziz qeyd edib ki, İŞİD qalib gələ-gələ bir sıra əraziləri ələ keçirəcək. Lakin
sonda məğlub olacaq.
Moderator.az
əməkdaşının Kazım Əzizlə video-müsahibəsini oxuculara təqdim edirik.






























































































