Əli Nağıyev: “Bunu danan adam nadandır”x9d

Hazırda oxunan: Əli Nağıyev: “Bunu danan adam nadandır”x9d

77378
Sabah Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Bu gün yeri gəldi-gəlmədi bir çoxları Heydər Əliyev haqqında boğazdan yuxarı pafosla, əttökən ifadələrlə məqalələr, kitablar yazır, bəlağətli çıxışlar edir. Halbuki onların tam əksəriyyətində səmimiyyət hissindən işartı belə yoxdur və sağlığında ayağının altını qazıblar, dünyadan köçəndə qarasınca deyiniblər...xa0
Amma son 20-25 ilin siyasi palitrasını yaşayıb görənlər, baş verən prosesləri müşahidə etmək imkanı olanlar belə əlamətdar günlərdə kimlərin söz demək haqqı olduğunu bilir.xa0

Biz də Moderator.az olaraq ənənəmizə sadiq qalıb YAP-ın qurucularından və Heydər Əliyevin ən inandığı silahdaşlarından olan professor Əli Nağıyevin fikirlərini öyrənmək istədik:

“Sözsüz ki, bu gün ilk növbədə o böyük şəxsiyyətə, Azərbaycanın bənzərsiz liderinə, ulu öndərinə Allahdan rəhmət diləyirəm. Yeri behişt olsun, qəbri nurla dolsun ki, bizlərə belə bir gözəl məmləkət, fəxr ediləsi dövlət quraraq layiqli əllərə təhvil verib haqqın dərgahına qovuşdu. Biz sizinlə bu barədə dəfələrlə söhbət etmişik, amma təkrar da olsa bir daha yada salmaq istəyirəm ki, nə qədər Allah mənə ömür verib, hər bir adamın qarşısında cəsarətlə isbat etməyi bacararam ki, Heydər Əliyev gəlməsəydi nə bu günkü firəvan, çiçəklənən Azərbaycan vardı, nə də dünyada söz sahibinə çevrilən, qürur duyulası dövlətimiz. Heydər Əliyev o dəhşətli günlərdə ölümünü gözünün qarşısına alaraq bu millətə sahib çıxdı. Həmin ağır günləri xatırlayın. Vəziyyət elə mürəkkəb və çıxılmaz idi ki, hətta o nəhənglikdə siyasət uzmanı, peşəkar dövlət xadimi proseslərin sonrakı eskalasiyasını sonadək hesablamaqda çətinlıik çəkdiyindən parlament tribunasından hamıya səsləndi ki, gəlin görək birlikdə bu dəhşətli vəziyyətdən necə çıxırıq. Yəni o artıq görürdü ki, Azərbaycan əldən gedir və odun içində can verən bu məmləkəti bu labirintdən necə çıxara biləcəyini götür-qoy edirdi. Amma o faktiki olaraq mümkünsüz bir şeyi etdi və tarixdə öz millətini yox olmaq təhlükəsindən xilas edən barmaqla sayılacaq qədər dühalar kimi Azərbaycanı yox olmaqdan qorudu, sonra isə kərpic-kərpic qurdu. Bu onun millətinə, Azərbaycana olan sevgisi idi, eyni zamanda bu sevginin səmimiyyətinə şübhə etməyən xalqın da ona olan sevgisi idi. Elə həmin sevgidən də ilham alan Heydər Əliyev qalan ömrünü xalqa vermək üçün gəldiyini dəfələrlə əməli ilə sübut etdi.xa0
Biz öz uşaqlarımıza da bunu tərbiyə etməliyik ki, İndiki Azərbaycanı Heydər Əliyev bu xalqa verib. Bu gün əgər ulu öndər deyirlərsə, o səbəbsiz deyil və sadəcə gəlişi gözəl ifadə deyil, Heydər Əliyev o adı öz təkrarsız dövlətçilik xidmətləriylə haqq edib. Yəni o xalqa, Vətənə, dövlətə öndər olub, Azərbaycanı o boyda çətinliklərdən qurtara bilib.
Heydər Əliyev artıq 12 ildir dünyada yoxdur. Amma Azərbaycan 12 ildir çox məharətlə idarə olunur. Bunu danan adam nadandır. Bunu danan adam siyasi mənsubiyyətindən asılı olmayaraq bu milləti sevməyən adamdır. Bu gün kim iddia edirsə ki, ondan Azərbaycana yaxşı prezident olar, o iddiaçılar heç İlham Əliyevin dizinə qədər deyil. Bu gün İlham Əliyevin gördüyü işlər, Azərbaycanın müşkülə dönmüş probleminin həllini tapmaq istiqamətində atdığı addımlar unikal diplomatik səriştə ilə həyata keçirilir. Yəni bu gün balaca Azərbaycanı böyük dünyada necə öndə saxlamaqdan xəbəri olmayan adamlar bu siyasətə dodaq büzürsə belələri ən yaxşı halda nağılbazdır. Heydər Əliyevin uzaqgörənliyinin təkzibolunmaz sübutudur ki, İlham Əliyevə özü qədər inandığını söylədi və ondan başqa kimsənin bu missiyanı uğurla davam etdirə bilməyəcəyini əvvəlcədən gördü. Bu uzaqgörənlik onun ulu öndərliyinin üzərinə bir öndərlik də gətirdi ki, Azərbaycanın 50-100 il sonrasını gördü.xa0
Fürsətdən istifadə edərək bir vacib məqama da toxunmaq istəyirəm. Şeypur çalanlar Birinci Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmağa çalışanda siz zəng etdiniz və o cılız, nadan adamlara sözümü dedim. İnanıram ki, Birinci Avropa Oyunlarının nəticəsi Azərbaycanı dünya birliyində daha da ucalara qaldıracaq. Ümid edirəm ki, oyunlardan sonra bir daha bu söhbətə qayıdarıq.
Eşq olsun Azərbaycanımıza, eşq olsun prezidentimizə, min rəhmət ulu öndərə!"xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin