Bir müddət öncə qalmaqallı video ilə gündəmə gələn Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva facebook profilində paylaşım edərək onun vəzifəyə təyin olunması ilə bağlı xəbərə münasibət bildirib.
Moderatora.az-ın verdiyi məlumata görə, o bu xəbərlərə kinayə ilə yanaşıb və yazdığı statusla xəbəri inkar edib:
“Media işçilərinə mənə verdikləri vəzifəyə görə təşəkkür edirəm təbii ki, amma mənə maraqlıdır görəsən növbəti uydurma nə olacaq? Fantaziyanıza güvənirəm."




























































































