Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, obyektin sahibi Bayram Camalovla yanaşı onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2021/01/07/1610028127_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:39 / 07.01.2021
Gədəbəydə gizli fəaliyyət göstərən kafe aşkarlandı
Hazırda oxunan: Gədəbəydə gizli fəaliyyət göstərən kafe aşkarlandı
Hazırda oxunan: Gədəbəydə gizli fəaliyyət göstərən kafe aşkarlandı
7736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.