Şuşada daha bir tarixi hadisə - İri həcmli “yaşıl” enerji layihələri...

Hazırda oxunan: Şuşada daha bir tarixi hadisə - İri həcmli “yaşıl” enerji layihələri...

77329

“Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. 

“İki gün sonra Qarabağın incisi Şuşada iri həcmli “yaşıl” enerji layihələri üzrə yeni müqaviləyə imza atılacaq.

Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir.
Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır” – deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin