SDU-nun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, mayın 8-də Sumqayıt Dövlət Universitetində Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə vətənimizin azadlığı
uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Universitetin rektoru Elxan
Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, əsrlərdən bəri böyük Ermənistan
xülyası ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli
niyyətini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi
qırğınlara, vandalizmə əl atmışlar. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Firudin bəy
Köçərli, Nəriman bəy Vəzirov, Xurşudbanu Natavan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov
kimi ziyalılarımızı və tarixi şəxsiyyətlərimizi yetirən Şuşa tarix boyu alınmaz
qala olmuşdur.
Rektor vurğuladı ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə
malik şəhəri 1992-ci ilin mayın 8-də Ermənistan
silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Şuşanın işğalı nəticəsində
480 günahsız soydaşımız qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz
yurdundan didərgin düşmüşdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət
abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal
mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni
abidə daxildir.
Bu gün ermənilər Azərbaycana məxsus olan bir çox abidələrimizi məhv edib və
ya erməniləşdiriblər.
Rektor qeyd etdi ki, Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkə rəhbəri Prezident cənab İlham
Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan ərazi
bütövlüyünü, suverenliyini bərpa edəcək və Azərbaycan bayrağı Şuşada, Xankəndində
dalğalanacaqdır.
Tədbirdə universitetin
prorektoru, dosent Nizami Namazov çıxış edərək
söylədi ki, düşmənin məkrli, arxalı və hiyləgər olduğunu qeyd etmiş, bu
düşmənə qalib gəlmək üçün birliyin, dünyanı öz həqiqətlərimizə yaxınlaşdırmağın
vacibliyini diqqətə çatdırmışdır. Artıq Qarabağ problemi bir xalqın problemi çərçivəsindən
çıxaraq dünyanın qəlbində demokratiya hissi olan insanların probleminə
çevrilmişdir. Prorektor qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi vacibdir və
tarixi yaddaşımızı yeniləyir.

































































































