Hərbçilərimiz Türkiyədə avtomobilə yerləşdirilən "bomba"nı zərərsizləşdirdilər - VİDEO

Hazırda oxunan: Hərbçilərimiz Türkiyədə avtomobilə yerləşdirilən "bomba"nı zərərsizləşdirdilər - VİDEO

77310

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub. 

Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər. 

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək davam edəcək. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin