Beynəlxalq Bank məhkəməyə verildi

Hazırda oxunan: Beynəlxalq Bank məhkəməyə verildi

77306

"Azərbaycan Beynəlxalq Bankı" ASC-ni məhkəməyə verilib. 

Bizim.Media xəbər verir ki, “Sağlam Həyat” MMC bankla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Şirkət ASC-yə qarşı bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr barədə iddia qaldırıb. 

Report-un məlumatına görə, iddia hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə araşdırılıb və qərar çıxarılıb. 

Qərara əsasən, “Sağlam Həyat” MMC-nin iddiası təmin olunub. 

Xatırladaq ki, bu il aprelin 1-nə "Azərbaycan Beynəlxalq Bankı"nın depozit portfeli 8 837,105 milyon manat təşkil edib. Bunun 1 519,57 milyon manatı fiziki şəxslərə (əhaliyə), 7 317,546 milyon manatı isə hüquqi şəxslərə (şirkətlərə) məxsus olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin