Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - "Yolda keçinib..."

Hazırda oxunan: Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - "Yolda keçinib..."

77303

Quba-Xaçmaz regional təhsil idarəsi Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7 b sinif şagirdi Məhəmməd Musa oğlu Rəfiyevin axşam saatlarında evində yemək yeyərkən boğulmağa başlayəb və dərhal Siyəzən rayon Müalicə-diaqnostika mərkəzinə çatdırılıb. O, Bakıya aparılmaq istənilsə də, yolda keçinib".

***09.37 

Siyəzəndə 13 yaşlı oğlan dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, gecə 23 radələrində Siyəzən  müalicə dioqnostika mərkəzinə gətirilən Məhəmməd Musa oğlu Rəfiyev həkimlərin ciddi səyinə baxmayaraq keçinib.

Onun tibb müəssisəsinə gətirilməzdən əvvəl evdə yemək yediyi zaman yıxıldığı deyilir.

Siyəzən müalicə-dioqnostika mərkəzinin direktoru Dadaş Hümbətovun  Bizim.Media-ya verdiyi məlumata görə, faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Mərhumun meyiti tibbi ekspertiza edilməsi üçün Bakıya-Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Dünyasını dəyişən 13 yaşlı  məktəbli Məhəmməd Rəfiyev Vətən Müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı idi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin