“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.
Bizim.Media xəbər verir ki, gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur.
Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Qafqazinfo-nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 02.06.2022
Zakir Qaralov məhkəmə qarşısında - əmlakı müsadirə oluna bilər, 2 milyondan çox....
Hazırda oxunan: Zakir Qaralov məhkəmə qarşısında - əmlakı müsadirə oluna bilər, 2 milyondan çox....
Hazırda oxunan: Zakir Qaralov məhkəmə qarşısında - əmlakı müsadirə oluna bilər, 2 milyondan çox....
77297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.