Bərdədəki mənbədən Moderator.az-a daxil olan məlumata görə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Bərdə Regional ASAN Xidmət Mərkəzində Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının ərazi ilk partiya təşkilatı yaradılması ilə bağlı iclas keçirilib.
Toplantını
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının
sədri Fəqət Şadlinskaya açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və
möhkəmləndirilməsindəki xidmətlərindən, onun nurlu ideyalarını uğurla davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici
siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsindən, Yeni
Azərbaycan Partiyasının öncül fəaliyyətindən və dünyadakı siyasi nüfuzundan
danışmışdır. Bildirmişdir ki, YAP
sıralarında daim gənclərin sayinin artması Partiyamızın daimiliyini təmin edən
şərtlərdəndir. YAP Bərdə rayon təşkilatında 10min 632 nəfər üzv var, 164 ərazi
ilk partiya təşkilatı fəaliyyət göstərir.
İslasda
ASAN Xidmət Mərkəzinin direktoru Elman
İsayev, YAP Bərdə rayon təşkilatında Baş təlimatçı Cavid İbişov, ASAN Xidmət
Mərkəzinin direktor müavini Turqut Mustafazadə, ASAN Xidmət Mərkəzinin əməkdaşı Saray
Mayılzadə çıxış etmişlər.
Sonra
ASAN Xidmət Mərkəzində YAP-ın Nizamnamə və Proqramına uyğun olaraq YAP Bərdə
rayon təşkilatı ərazi ilk partiya təşkilatının fəaliyyətə başlaması üçün tərkib
seçilmişdir.
İclasda
Bərdə ASAN Xidmət Mərkəzinin direktoru Elman İsayev YAP Bərdə rayon
təşkilatının ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. E.İsayev ona
göstərilən bu etimada görə təşəkkür etmiş, bu etimadı öz işi və fəaliyyəti ilə
doğruldacağını bildirmişdir.
Sonda
ASAN Xidmət Mərkəzində qoyulmuş ulu öndər Heydər Əliyevin büstü önündə YAP sıralarına
üzv qəbul olunmuş Bərdə ASAN Xidmət
əməkdaşlarından bir qrupuna partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.




























































































