Bərdədə bir qrup şagird diplom və hədiyyələrlə mükafatlandırılıb

Hazırda oxunan: Bərdədə bir qrup şagird diplom və hədiyyələrlə mükafatlandırılıb

77276

Moderator.az xəbər verir ki, 8 may 2015- ci il tarixdə  Bərdə şəhər 1saylı uşaq incəsənət məktəbində Gənclər və İdman İdarəsi tərəfindən uşaq yeniyetmə və gənclərlə bağlı keçirilən tədbirlərdə fəal iştirak edən 10 nəfər şagirdə diplom və hədiyyələr təqdim olunub.

Təqdimetmədə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov  incəsənət məktəbinin müəllim kollektivinə öz minnətdarlığını bildirmiş, uşaqlara yaradıcılıq uğurları arzulayıbr. O qeyd edib ki, istedadlı gənclərin üzə çıxarılması ümummilli lider Heydər Əliyevin daim diqqətində olmuşdur və indidə bu siyasət Azərbaycan  Respublikası  Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə möhtəşəm, müasir tələblərə cavab verən bir binada işləməyəniz və təhsil almağınız  bunun əyani sübutudur. Məktəbin tədris hissə müdiri Nərgiz Şərifova  çıxış edərək öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bizə göstərilən diqqət və qayğı bizi daha da məsuliyyətli işləməyə sövq edir. Daha sonra məktəbin fortepiano sinfinin şagirdi  Fatimə Salahova  pratik bəstəkarlardan parçalar ifa etdi. Sonda xatirə şəkilləri çəkildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin