Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev meydanında təşkil olunan festivalda Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Musa Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Festivalın açılışında çıxış edənlər tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, layihə 10 rayon və şəhəri əhatə edir.
“Öyrən, əylən, peşəni seç” devizi ilə reallaşan layihənin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığın, həmçinin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirərək, bu kimi tədbirlərin peşə seçimində, karyera inkişafında rolunun vacibliyini vurğulanb.
Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimatları keçirilib.
Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:57 / 01.06.2022
“Peşələr Festivalı”nın növbəti dayanacağı Gəncə oldu - FOTO
Hazırda oxunan: “Peşələr Festivalı”nın növbəti dayanacağı Gəncə oldu - FOTO
Hazırda oxunan: “Peşələr Festivalı”nın növbəti dayanacağı Gəncə oldu - FOTO
77273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.