Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu yayıb.
Mənbə bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - deyə DİN-dən bildiriblər.
Xatırladaq ki, Azərbaycanda məktəbli qızın evləndirildiyi barədə ilk məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib.
Onun sözlərinə görə, Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub, 1-2 həftə ərzində isə oğlan toyunun baş tutacağı deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 01.06.2022
DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə MÜNASİBƏT bildirdi
Hazırda oxunan: DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə MÜNASİBƏT bildirdi
Hazırda oxunan: DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə MÜNASİBƏT bildirdi
77220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.