Özbəkistanın Gənclərlə iş üzrə Agentliyi və İƏT Gənclər Forumu ARM arasında görüş keçirildi - FOTO 

Hazırda oxunan: Özbəkistanın Gənclərlə iş üzrə Agentliyi və İƏT Gənclər Forumu ARM arasında görüş keçirildi - FOTO 

77213

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistanın Gənclərlə İş üzrə Agentliyi (O‘zbekiston Respublikasi Yoshlar ishlari agentligi) və İslam Əməkdaşlılq Təşkilatının (İƏT) Avrasiya Regional Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.  

Bizim.Media xəbər verir ki, agentliyin Direktoru Əlişir Sadullayevin başçılığı altında nümayəndə heyətini salamlayan İƏT Gənclər Forumu ARM-ni Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov rəhbərlik etdiyi Mərkəzin yaranma tarixi, məqsəd və vəzifələri, son zamanlar Özbəkistanın və digər üzv ölkələrin iştirakı ilə İƏT Avrasiya məkanında həyata keçirilən layihə və proqramlar (İƏT Modeli, Debat çempionatları və s.) haqqında məlumat verib.

Əlişir Sadullayev innovasiya, startap və gənclik fəaliyyətləri sahəsində Mərkəzlə əməkdaşlıq etməkdə marağı olduğunu bildirib.

Hər iki tərəf gənclər arasında bacarıqların inkişaf etdirilməsi layihələri vasitəsilə işsizlik probleminin aradan qaldırılmasının vacibliyini xüsusi qeyd ediblər. 
Görüş çərçivəsində Agentlik və Mərkəz arasında münasibətləri tənzimləyən niyyət protokolu imzalanıb. Görüşdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov iştirak edib.  

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin