Bizim.Media xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin 14 Apreldə imzaladığı qərara əsasən, Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.
Həmçinin ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Bu gün,1 İyundan etibarən qardaş Türkiyə də ölkədaxili və xarici uçuşlar üçün lazım olan PCR testini ləğv edib.
1 İyundan PCR testini ləğv edən ölkələr sırasında Almaniya da var. Bu günə kimi Avropa ölkələri də daxil olmaqla, bir çox ölkələr giriş-çıxışlar zamanı tələb olunan PCR testindən imtina ediblər.
Qeyd edək ki, turistlərin ölkəyə gəlişi zamanı PCR-dən imtina edən ölkələrin əksəriyyəti əsas gəlirini və ya ölkə gəlirinin böyük bir hissəsini turizmdən götürən ölkələrdir.
Bizim.Media PCR testindən imtina edən ölkələrin siyahısını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
COVID-19 beynimizi necə məhv edir? - ŞOK NƏTİCƏLƏR AÇIQLANDI
Azərbaycan
Almaniya
Avstriya
Bolqarıstan
Bosniya və Hersoqovina
Fransa
Danimarka
Niderland
Norveç
İtaliya
Kipr
Serbiya
Kosova
Yunanıstan
İsveçrə
İslandiya
Bolqarıstan
Malta
Montoneqro
Xorvatiya
Litva
İsveç
İsrail
Serbiya
Sloveniya
Slovakiya
Birləşmiş Ərəb Əmirlikləri
Kenya
Cənubi Afrika
Şeyşel adaları
El Salvador
Meksika
Porto Riko
Grenada
Yamayka
İordaniya
İndoneziya
Vyetnam
Nepal
Tayland
Türkiyə
Leyla Şah, Bizim.Media