Bakı-Quba-Rusiya Federasiyasının sərhədinə qədər olan avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsində artıq neçə vaxtdır ki, əsaslı təmir işləri aparılır.
Bizim.Media-ya açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işləri intensiv şəkildə həyata keçirilir.
MÖVZU İLƏ BAĞLI:
Sürücülərə ŞAD XƏBƏR: Bakı-Quba yolu təmir olunacaq
Bəs yol tam istifadəyə nə vaxt veriləcək?
“Hazırda Quba-Bakı yolunun 52-118-ci kilometrliyində əsaslı təmir işləri aparılır. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə icra edilir. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. İşlərin sürətlə və keyfiyyətlə aparılması üçün əraziyə kifayət qədər maşın və texnika cəlb edilib. Hədəfimiz odur ki, bu ilin dekabrınadək yolu təmir edib istifadəyə verək”.
Surxay Atakişiyev, Bizim.Media