Sayt rəhbəri barəsində CİNAYƏT İŞİ AÇILDI

Hazırda oxunan: Sayt rəhbəri barəsində CİNAYƏT İŞİ AÇILDI

77088

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.

Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin