“Şəkərli diabet və artıq çəkidən əziyyət çəkən insanlar üçün dondurma zərərlidir”.
Bizim.Media xəbər verir ki, bunu dietoloq, tibb elmləri doktoru Marqarita Korolyeva "Moskva 24" kanalına müsahibəsində deyib.
O, bildirib ki, “dondurmanın tərkibində yağ və şəkər var. Bu da karbohidrat mübadiləsi ilə bağlı ciddi metabolik pozğunluqları, artıq çəki, insulin müqaviməti və şəkərli diabet xəstələri üçün əks göstəriş ola bilər. Bu halda dondurmaya həvəs nəinki artıq çəkiyə səbəb ola bilər, həm də bütövlükdə orqanizmə mənfi fəsadlar törədə bilər”.
Soyuqdəymə olan uşaqlar da müalicəyə söykənməməlidirlər.
“Uşaqlarda anatomik xüsusiyyətlərə görə orqanlar bir-birinə yaxın yerləşir. Soyuq bir qidanın qəbulu xəstəliyi aşağı tənəffüs yollarına yaya bilər. Buna görə də, soyuqdəymə zamanı uşalara dondurma göstərmək olmaz"- deyə Marqarita Korolyeva izah edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:44 / 31.05.2022
Kimlərə DONDURMA yemək olmaz? – Səbəbləri AÇIQLANDI
Hazırda oxunan: Kimlərə DONDURMA yemək olmaz? – Səbəbləri AÇIQLANDI
Hazırda oxunan: Kimlərə DONDURMA yemək olmaz? – Səbəbləri AÇIQLANDI
77021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.