Hacıkənddə bu məkanda dahilərin heykəlləri restavrasiya olundu - FOTO

Hazırda oxunan: Hacıkənddə bu məkanda dahilərin heykəlləri restavrasiya olundu - FOTO

77013

“Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahət üçün müraciət etdikləri ən gözəl məkanlardan biri Hacıkənd qəsəbəsindəki tarixi abidələrin olduğu ərazidir. Hazırda o məkanın təmirinə başlanılıb”.

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) mətbuat xidmətinin rəhbəri Vüsal Balayev verib. 

Onun sözlərinə görə, Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, tarixinin yaşadılması, mədəniyyətinin təbliği, yerli turizm obyektlərinin və istirahət guşələrinin yenilənməsi istiqamətində bir sıra işlər həyata keçirilir. 
"Hacıkənd qəsəbəsində yerləşən "Nizami Gəncəvi: sələflər və xələflər" parkında MKTİB tərəfindən restavrasiya işləri görülür. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb.

Abidənin qarşısında isə Nizami Gəncəvidən əvvəl və sonra yaşamış digər şair və yazıçıların, alim və filosofların, tarixi və əfsanəvi qəhrəmanların heykəlləri qoyulub" deyə Balayev əlavə edib. 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, bu günlərdə Hacıkənd qəsəbəsində və həmin sözügedən parkın ərazisində MKTİB tərəfindən genişmiqyaslı təmizlik işləri də həyata keçirilib. Bütün ərazilərdə oturacaqlar təmir olunub, yenidən rənglənib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin