Deputat Milli Arxiv İdarəsini sərt tənqid etdi: “Qərbi azərbaycanlılarla bağlı sənədlər ortaya çıxarılsın”

Hazırda oxunan: Deputat Milli Arxiv İdarəsini sərt tənqid etdi: “Qərbi azərbaycanlılarla bağlı sənədlər ortaya çıxarılsın”

76999

"Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əziz Ələkbərli səsləndirib.  

Deputat qeyd edib ki, bununla bağlı sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil.  

"1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli Arxiv İdarəsi buna cavab versin. Qərbi Azərbaycanda erməni vandallığı ilə bağlı bütün sənədlərin alıb ortaya qoyulmasını təklif edirəm. Ermənistandan gələn qaçqın vətəndaşlardan onların Ermənistan vətəndaşı olmasını sübut edən pasportlar Daxili İşlər Nazirliyi tərəfindən yığıldı. Bu pasportların taleyi barədə məlumat Milli Arxiv İdarəsində varmı? Həmin pasportlar bizim Ermənistan vətəndaşlığımızı sübut edən ən tutarlı sənəddir”.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı

 

O sonra qeyd edib ki, 1995-ci ildə isə Levon Ter-Petrosyanın sərəncamı ilə ərazi bölgü sistemi dəyişdirilərkən, Ermənistandakı 36 rayon, cəmi 10 vilayətə bölündü. Bir il sonra bizim Ermənistanda olan bütün arxivlər yandırıldı. 20-30 il sonra biz sübut etməyə çətinlik çəkəcəyik ki, Qərbi Azərbaycanda, o torpaqlarda 200-300 min azərbaycanlı yaşayıb”.  

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov isə cavab olaraq bildirib ki, Milli Arxiv Fondu sənədi saxlayan qurumdur:  

“Məxfi sənəd kimi 10 mindən artıq sənəd var. Son dövrlər 1988-ci ildə Qərbi azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlərə müraciət edənlər var. Xarici İşlər Nazirliyi bu sənədlər əsasında arayışlar da hazırlayır”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin