“Kəlbəcər Azərbaycanın ən valehedici bölgələrindən biridir. Həqiqətən çox gözəldir”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Həmçinin xırdabuynuzlu heyvanları, inəkləri gördüm. Bu isə o deməkdir ki, artıq insanlar burdadır, onlar bu torpaqlardan istifadə edir. Eyni zamanda, infrastrukturu, çəkilən yolları, elektrik xətlərini qeyd edə bilərəm. Çox təsirlidir ki, bu infrastruktur qısa zamanda tikilib. Biz həm də tunellə tanış olduq. Düşünürəm ki, bu tunel çox vacibdir. Bu tunel Kəlbəcəri Azərbaycanın digər hissələrinə bağlayır”, - deyə səfir qeyd edib.
O bildirib ki, Britaniya Azərbaycana minalardan təmizlənmə prosesində də dəstək verib:
“Bildiyiniz kimi, minalar məsələsi genişdir. Bu, həm də maarifləndirici kampaniyaların aparılması ilə bağlıdır. Biz UNİCEF-ə maliyyə dəstəyi verdik. Bərdədə, Tərtərdə, Füzulidə, Horadizdə və digər regionlarda bununla bağlı kampaniyalar aparıldı. Həmçinin UNDP vasitəsilə ANAMA-ya dəstək vermişik. Britaniyalı ekspertlər burada təcrübələrini paylaşıblar. Bütün bu proseslər davam edir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:27 / 31.05.2022
"Kəlbəcər valehedicidir" - Britaniya səfiri
Hazırda oxunan: "Kəlbəcər valehedicidir" - Britaniya səfiri
Hazırda oxunan: "Kəlbəcər valehedicidir" - Britaniya səfiri
76986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.