Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb.
Bizim.Media xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Məlumata əsasən, 38 həftəlik hamilə olan Ş.H. binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lakin o, həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.
Lent.az-ın məlumatına görə, hadisə ilə əlaqədar Ş.H. saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.
Ş.H.-nin törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 31.05.2022
Bakıda DƏHŞƏT: Ana tualetdə uşaq doğub zibilliyə atdı
Hazırda oxunan: Bakıda DƏHŞƏT: Ana tualetdə uşaq doğub zibilliyə atdı
Hazırda oxunan: Bakıda DƏHŞƏT: Ana tualetdə uşaq doğub zibilliyə atdı
76984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.