“Koronavirus məni tuta bilir ki, yoluxdursun” - Arif Quliyev

Hazırda oxunan: “Koronavirus məni tuta bilir ki, yoluxdursun” - Arif Quliyev

7698

“Bu yaxınlarda Arif Quliyev adlı musiqiçi dünyasını dəyişdi, hamı elə bildi ki, rəhmətə gedən mənəm. O qədər ölüm xəbərim yayılıb ki, doğrudan öləndə də heç kim inanmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu xalq artisti, tanınmış aktyor Arif Quliyev deyib.

Aktyor bildirib ki, bir müddət öncə Arif Quliyev adlı musiqiçinin ölüm xəbəri sevənlərini çaş-baş qoyub və hər kəs onun rəhmətə getdiyini zənn edib:

“Salyanda Arif Quliyev adlı klarnet ifasıçı rəhmətə gedib, hamı elə bilib ölən mənəm. Hətta mənim fotomu qoyanlar da oldu. Telefonlarım susmadı. Bir nəfər ağlaya-ağlaya zəng etdi ki, bu xəbəri eşidib, başımı itirmişəm, səni görməsəm, sağ olduğuna inanmaram. Axırda məcbur qalıb, Yasamalda onunla görüşdük. Dedim, bəs deyirdin başını itirmisən yerindədir ki? Adamın nə qədər ölüm xəbəri çıxar?”.

Aktyor səhhətinin yaxşı olduğunu deyib və zarafatından da qalmayıb:

“Şükür yaxşıyam. Koronavirusa görə qorunuram. Arada vitaminlər qəbul edirəm. Koronavirus məni tuta bilir ki, yoluxdursun da? Evdə oluram. Arada darıxanda kostyumumu geyinib, qalstukumu taxıram, bu otaqdan o birinə keçirəm. Elə zəng edirəm ki, gəzməyə gedib, qayıdıram. Başqa çıxış yolum da yoxdur”. (Yenicag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin