Kürdəmirdə 18 yaşlı qız intihar edib. Rayonun Xəlsə kənd sakini, 2004-cü il təvəllüdlü Aidə Məmişova özünü evin həyətindəki hində asaraq həyatına son qoyub.
Bu barədə Bizim.Media-ya danışan Xəlsə kənd bələdiyyə sədri Qalib Abbasovun sözlərinə görə Aidə Məmişova 1 ilə yaxındır ki, qonşu kənddən olan oğlanla nişanı olub, yaxın günlərdə isə toyu danışılıb.
Hətta bədbəxt hadisədən əvvəl qızın nişanlısının ailəsi onların evinə gələrək toyun tarixini müzakirə ediblər. Qonaqlar gedəndən sonra 18 yaşlı qız canına qıyıb.
Qalib Abbasovun sözlərinə görə, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil:
“İstəmədiyi oğlan olsaydı, razılıq verməzdi. İndi elə bir dövrdür ki, heç bir qız məcburi ərə verilmir. Təmtəraqlı nişan məclisi təşkil olunmuşdu. Nişanlısı qonşu Çarlı kəndindəndir. Mütəmadi olaraq qızı görməyə evinə gəlib gedirdi. Qızın atası traktorçudur. İki qızı, bir oğlu var. Normal ailədirlər. Aidə qızımız da əxlaqlı, tərbiyəli və sakit biri idi. Bizim üçün də müəmmalı qalıb. Hər halda instintaq hərəkətlərindən sonra intihar səbəbi məlum olacaq”, - deyə bələdiyyə sədri qeyd edib.
Qeyd edək ki, bədbəxt hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 31.05.2022
Toy tarixi müəyyənləşən nişanlı qız özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT
Hazırda oxunan: Toy tarixi müəyyənləşən nişanlı qız özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT
Hazırda oxunan: Toy tarixi müəyyənləşən nişanlı qız özünü niyə ÖLDÜRÜB? - TƏFƏRRÜAT
76956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.