Sosial mənzillərin tikintisinə 152 milyon manat ayrıldı

Hazırda oxunan: Sosial mənzillərin tikintisinə 152 milyon manat ayrıldı

7692

2020-ci il ölkə iqtisadiyyatı üçün sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb bir il olub. Bu da bütün dünyada baş vermiş proseslərdən irəli gələn məsələdir. Çünki ölkəmiz xarici mənşəli şoklara məruz qalıb. Bu, əsasən, qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlardır. Həmin mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb.

Bizim.Media xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

Nazir bildirib ki, 2021-ci ildə də ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramı həyata keçirilib. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub.

O cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub. Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub.

Nazir bildirib ki, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin