Azərbaycanını ən az pensiya verilən ÜÇ RAYONU – Səbəb nədir?

Hazırda oxunan: Azərbaycanını ən az pensiya verilən ÜÇ RAYONU – Səbəb nədir?

76854

“Bu halın yaranması güman ki, həmin rayonlarda rəsmi çalışanların sayının az olması, yüksək əmək pensiyası almaq üçün sığorta fonduna ödənilən vəsaitlərin azlığı ilə əlaqədardır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlarda orta aylıq pensiya səviyyəsinə görə, Azərbaycanda ən aşağı pensiya alan rayonlar arasında 283,71 manatla Lerik, 285,25 manatla Ağdaş və 287,98 manatla Xaçmaz rayonlarının “liderlik” etmələrinə münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən yeni əlillik meyarları ilə bağlı AÇIQLAMA 


“Çox güman bu rayonlarda maaşlar aşağıdır. Ona görə orta aylıq əmək haqqı da aşağı səviyyədədir. Orta aylıq əmək haqqının aşağı olması həmin rayonlarda işsizliklə bağlı problemin ciddiliyini və rəsmi iş yerlərinin sayının az olduğunu göstərir.

Nəticə etibarı ilə bu da təqaüdlərin həcminə təsir göstərir. Bundan başqa, stajı olmayan və ya müxtəlif səbəblərdən əmək pensiyası ala bilməyib, yaşa görə pensiya alanların sayının çox olması da həmin 3 rayonda ümumi orta statistik göstəricilərə belə mənfi təsir göstərib”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin