Onlar kimin dəyirmanına su tökür? - "Mir Şahinin vaxtında"n jurnalistlərə SƏSLƏNİŞ - VİDEO

Hazırda oxunan: Onlar kimin dəyirmanına su tökür? - "Mir Şahinin vaxtında"n jurnalistlərə SƏSLƏNİŞ - VİDEO

76851

İnformasiya ən təhlükəli silahdır və bu silahı kimin gəldi əlinə vermək olamaz. Bəli, bu gün jurnalistika cameəsində olanların çoxu bəlkə də nəyi nə üçün yazmaq olmaz prinsipini bilmir. Bildikləri isə sadəcə şok və sensasion xəbər “dərc”eləməkdir. 

Tanınmış telejurnalist Mir Şahin öz proqramında bu məsələnin ciddiliyinə bir daha diqqət cəlb edib:

“Özlərinə yutub kanalı açaraq əldə etdikləri populyarlıqdan eqoistcəsinə istifadə eliyən, layk işarəsi uğrunda mübarizə aparan və bu zaman onun efirində kimin nə dediyinə fikir verməyən, öz düşündüklərini yox, qarşısındakının kimə və haralara nəsə ötürmək istədiyini fərqinə varmırlar”.

Belələri əlinə hansı yollasa avtomobil düşən və dəyərini bilmədən bütün qaydaları pozaraq küçələrdə digərlərinin həyatı üçün təhlükə yaradan “avtoş”lara bənzəyir.

Mir Şahin də sonuncu Şahbaz insidentinə münasibət bildirərərk deyir ki, “ömrünün neçə ilini əsirlikdə keçirən Şahbazın (Şahbaz Quliyev) verdiyi anti-Azərbaycan ruhundakı müsahibələri böyük ajiotaja səbəb olmadı. Amma onun yutub kanalında Azərbaycanın beynəlxalq nüfuzunu hədəfə alan tərzdə çıxış etməsi atrıq başqa məna verir.
Bu şəxs iddia edir ki, onu hansısa kabinetdən Kəlbəcərə xüsusi təyinatla göndəriblər. Bu isə açıq təxribatdır. Çünki, həmin yutub kanallarını ermənilər də izləyir”.

Daha ətraflı “Mir Şahinin vaxtı”nda öz dilindən eşidin:
 



Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin