“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “SMART Qarabağ” Hakatonunun qalib komandaları “AzInTelecom” MMC-nin nümayəndələri ilə birlikdə Şuşaya səfər ediblər.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, səfər zamanı qaliblər Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.
Qeyd edək ki, mayın 25-də start götürən “SMART Qarabağ” Hakatonunda 30 komandadan ibarət 70 yarışçı öz rəqəmsal biliklərini real layihəyə çevirməyə çalışıblar.
50 saat davam etmiş müsabiqədə işğaldan azad edilən Azərbaycan ərazilərinin normal regiona transformasiyası istiqamətində bir çox “Ağıllı həllər” hazırlanıb.
Türkiyə və Azərbaycandan yarışmaya qatılan komandalar Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq təqdim edib.
Mayın 28-də elan olunan nəticələrə görə, Elektron Hökumətin İnkişafı Mərkəzini təmsil edən Azərbaycan komandası “Safe Karabakh” – eyni adlı mobil tətbiq I yerin, Türkiyənin “Sytematör” komandası – SİNA dronu II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:35 / 30.05.2022
“SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər etdi - FOTO
Hazırda oxunan: “SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər etdi - FOTO
Hazırda oxunan: “SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər etdi - FOTO
76848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.