“Psixoqamma”x9d praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı Moderator.az-a açıqlamasında sabiq dövlət müşaviri Vəfa Quluzadənin vəfatı ilə bağlı öz fikirlərini dilə gətirib:
“Azərbaycanın elə bir Vətəndaşı vəfat
edib ki, onun ölümünə sakit, sükutla reaksiya vermək insanın vicdanını sıxır. O
- Vəfa Quluzadədir. Kimdir o?!!!!!
Hər şeydən
əvvəl, təcrübəli, bilikli diplomat- siyasətçi, dövlət məmuru. Azərbaycanda birgə
işlədiyi komandanın apardığı siyasətlə razılaşmayaraq sivil qaydada öz vəzifəsindən
istefa vermiş və ölümünə qədər də bununla bağlı olan müəmmaları gizli saxlayan
(çox güman ki, özü ilə aparmış) iradəli və mədəni insan.
Bütün fəaliyyətini
Azərbaycanın müstəqlliliyinin möhkəmlənməsinə həsr etmiş, buna geniş imkanları
olsa belə, yalnız öz Vətəninidə yaşamağa üstünlük vermiş gözəl Vətəndaş.
Əsl
centlmen, ağayana, qürürlü, səmimi Azərbaycan kişisi!
Allah rəhmət
eləsin! Bu sözlərdən heç xoşum gəlmir- "Başımız sağ olsun!" Deyərdim:
"Başımız ayıq, rasional düşünən, dərrakəli, ayıq-sayıq olsun "!
Bu
qarışıq dünyada məsləhətləşə biləcəklərimizdən biri də artıq yoxdur...”x9d
































































































