Xəbər verildiyi kimi üç gün əvvəl Tovuzda 17 yaşlı məktəbli intihar edib.
Rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov yaşadığı evdə həyatına son qoyub.
Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olan E.Aslanov bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıb. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir. Amma məktəblinin canına nədən qıyması müəmmalıdır.
Bizim.Media olayla bağlı təfərratları öyrənməyə çalışıb. Düz Qırıqlı kənd bələdiyyə sədri Azər Zeynalov saytımıza açıqlamasında E.Aslanovun olduqca tərbiyəli və kasıb ailədə böyüdüyünü bildirib:
“Atası bir neçə ildir ki, dünyasını dəyişib. Kasıb və sakit ailənin uşağı olub. Anası da elə oğlunun oxuduğu Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyir.
Yas məclisində özüm də iştirak etmişəm. Hər kəs pərişandır. Oğlanın niyə belə hərəkət etdiyini heç kim bilmir. Hər halda istintaq hərəkətlərindəmn sonra məlum olacaq”, deyə Azər Zeynalov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 30.05.2022
Məktəblinin intiharı ilə bağlı TƏFƏRRÜAT - “Anası oğlunun oxuduğu məktəbdə ingilis dili müəllimidir”
Hazırda oxunan: Məktəblinin intiharı ilə bağlı TƏFƏRRÜAT - “Anası oğlunun oxuduğu məktəbdə ingilis dili müəllimidir”
Hazırda oxunan: Məktəblinin intiharı ilə bağlı TƏFƏRRÜAT - “Anası oğlunun oxuduğu məktəbdə ingilis dili müəllimidir”
76816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.