2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən 11344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, onlardan 1648 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Əlilliyi olan şəxslərə 1000-ə yaxın təkərli oturacaq, 1514 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1089 aşağı və yuxarı ətraf ortezi, 11560 müxtəlif reabilitasiya vasitəsi verilib. Həmçinin onlara 191 bel və boyun nahiyəsi üçün korset, 3402 cüt protez ayaqqabı, 3555 cüt ortopedik ayaqqabı,1314 dördayaqlı dayaq vasitəsi, 2921 qoltuqaltı və dirsəkaltı ağac, 2547 əsa və s. təqdim edilib.
İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə evlərinə aparılaraq verilib.
Ümumilikdə, 2020-ci ildə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 07.01.2021
Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə təmin edilib
Hazırda oxunan: Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə təmin edilib
Hazırda oxunan: Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə təmin edilib
7681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.