Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə təəssüf hissi keçirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Twitter” hesabında qeyd edib.
“Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”, – deyə səfir təəssüf etdiyini bildirib.
Zakari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 30.05.2022
Fransa səfirindən Füzuli rayonunda yaralanan fermerlə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Fransa səfirindən Füzuli rayonunda yaralanan fermerlə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Fransa səfirindən Füzuli rayonunda yaralanan fermerlə bağlı PAYLAŞIM - FOTO
76798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.