Polis Eldəniz Quliyevi axtarır!

Hazırda oxunan: Polis Eldəniz Quliyevi axtarır!

76778

Polis Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi axtarır.

Bu barədə Moderator.az-a E.Quliyevin özü məlumat verib. E.Quliyevin sözlərinə görə, bu gün polis əməkdaşları dəfələrlə ona zəng edərək məhkəmə tərəfindən kəsilən cəriməni ödəməyi tələb edib. E.Quliyev polislərin yaşadığı mənzili də “ziyarət etdiklərini”x9d bildirib:

“Bu gün polis əməkdaşları yaşadığım mənzilə də baş çəkiblər. Gün ərzində dəfərlərlə mənə zəng edərək cəriməni ödəməyi tələb ediblər. İşin ən maraqlı tərəfi isə odur ki, hələ ki, Apellyasiya Məhkəməsi öz qərarını elan etməyib. Lakin polis indidən məndən cərimə tələb edir. Bu isə o deməkdir ki, polis əməkdaşları cəriməni tələb etmək üçün Apellyasiya Məhkəməsinin qərarını belə gözləməyə ehtiyac görmürlər”x9d.

Məlumat üçün qeyd edək ki, E.Quliyev ötən gün saytımıza verdiyi açıqlamada cəriməni ödəmək üçün lazımi maddi imkana sahib olmadığını və bu səbəbdən də cəriməni ödəyə bilməyəcəyini vurğulayıb. (//moderator.az/index.php?xeber=76668 )


Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin