Bakını klassik avtomobillər bəzədi - FOTO

Hazırda oxunan: Bakını klassik avtomobillər bəzədi - FOTO

76773

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır.

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. “Ən qədim avtomobil” nominasiyasında mükafat 1939-cu ilin Steyer 220 avtomobilinin sahibi Azər Abbasova təqdim olunub.

“Məşhurların seçimi” nominasiyasında qalib 1942-ci ildə istehsal edilən Horch minik klassik avtomobilinin sahibi Eduard Qurbanov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında 1-ci yerin sahibi Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin sahibi isə Aslan Səlimov olublar.

“Ən qeyri-adi retro geyim tərzi” üzrə mükafata Nigar Camal layiq görülüb.

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin