Azərbaycanda ilk dəfə olaraq Cəlilabadda Çiyələk festivalı keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir rayon İcra Hakimiyyəti, "Azəri Home Chef" komandası, turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə reallaşıb.
Rayonun "Seyrangah" parkında təşkil olunan festivalda kənd təsərrüfatı şirkətləri, yerli çiyələk müəssisələrinin brendləri və regionun ən yaxşı restoranlarının çeşidləri, milli mətbəxə dair yeməklər nümayiş olunub.
Tədbir çərçivəsində Vətən müharibəsi veteranları ilə görüş, aşpazlardan ustad dərsləri və "Çiyələk möcüzəsi" adlı kulinariya müsabiqəsi keçirilib.
Festival əyləncəli proqramla davam edib.
Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir.
Çiyələyin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir. Yığılmış çiyələyin yarıdan çoxu ixrac edilir. Onlar altı növ çiyələk yetişdirirlər: "Murano", "Monterey", "Albion", "Sanandres", "Sabrina" və "Clery".
Çiyələk festivalının hər il may ayının son həftəsonu keçirilməsi planlaşdırılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
![](https://a.bizim.media/file/articles/2022/05/29/1653828727_photo5233194471246642831.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 29.05.2022
Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO
Hazırda oxunan: Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO
Hazırda oxunan: Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO
76733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.