“Ağdamda hərbçinin minaya düşməsi ilə bağlı araşdırma aparılır” - Hərbi Prokurorluq

Hazırda oxunan: “Ağdamda hərbçinin minaya düşməsi ilə bağlı araşdırma aparılır” - Hərbi Prokurorluq

76621

Daxili Qoşunların hərbi qulluqçusunun Ağdamda mina partlayışı nəticəsində xəsarətlər alması ilə bağlı araşdırma davam etdirilir.  

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilir.    

Məlumatda qeyd olunur ki, ötən gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.  

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb. Müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib. 

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin