“Psixoqamma”x9d praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı Moderator.az-a açıqlamasında ölkə təhsil sistemindəki bəzi boşluqlara diqqət çəkib:
“Bu
gün Azərbaycanın təhsil sistemindəki ən böyük boşluq təhsildə psixoloji xidmətlə
bağlıdır. Bu boşluğa səbəb illərdir
ki, 3 mühüm məsələnin öz həllini tapmamasıdır: - təhsilə psixoloji xidmət
haqqında normativ sənədlərin təsdiq edilməməsi; - təhsil sahəsində çalışan
praktik psixoloqların fəaliyyətinin lisenziyalaşdırılması, onların fəaliyyətinə
rəhbərlik və nəzarətin elmi əsaslarla, peşəkar mütəxəssislər tərəfindən tənzimlənməməsi;
- müvafiq dövlət qurumlarında müvafiq idarəetmə sisteminin, sektor və şöbələrin
yaradılmaması. Nə qədər ki, bu problemlər həll olunmayıb, nə qədər ki, praktik
psixoloqların pedaqoji prosesə müdaxiləsi üçün əlverişli mühit yaradılmayıb, nə
kurikulum islahatının səmərəliliyi, nə də təhsil sistemində
"subyekt-subyekt" münasibətlərinin qurulması gözlənilən səviyyədə
olmayacaq”x9d.
Seymur Əliyev





























































































