Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlərlə” açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Bildirilir ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyidi aşkar edilib.
Cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
O.Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
***
Bakıda yanğın nəticəsində öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Bu barədə Bizim.Media-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, aparılmış ilkin araşdırmalar nəticəsində X.Həsənovanın meyiti üzərində zorakılıq əlamətləri və xəsarətlər aşkar edilib.
Hazırda qətlin kim tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib.
*** 09.37
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda mənzildə yanğın olub və ev sahibi 61 yaşlı Xuraman Həsənova yanaraq ölüb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər.
Bizim.Media xəbər verir ki, mərhumun həyat yoldaşı Abbas Novruzov ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna getdiklərini söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Qaradağda diri-diri yanan qadın bu məktəbin müəllimi imiş - YENİLƏNİB
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar.
Mərhumun bacısı Arzu Novruzova deyir ki, istintaq qrupu ilkin araşdırma apararkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib.
Xəzər Xəbər-in məlumatına görə, hadisənin qətl və ya yanğın olub, olmaması müvafiq qurumlar tərəfindən araşdırılır.
Bizim.Media