Gəlini döyən bəyin atası: Onlar xoşbəxtdirlər

Hazırda oxunan: Gəlini döyən bəyin atası: Onlar xoşbəxtdirlər

76395
“Bunu deyənlər qələt edirlər”x9d.

Aprelin 25-i toyda bəyin gəlini döyməsi xəbəri ajiotaj doğurub. “Xudafərin”x9d şadlıq evində baş verən hadisəni Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən təsdiqləyiblər. Bildirilib ki, bəydən izahat alınıb. Amma bəyin atası danışıb və deyilənləri yalan adlandırıb.
 
Moderator.az  xəbər verir ki, Sənan Ələkbərovun valideyni Elman Ələkbərov azvision.az-a deyib ki, oğlu gəlini döyməyib:
 
“Hazırda gəlinim də, oğlum da evimizdədir. Davaya görə oğlum həbs edilməyib. Toyda dava düşməyib. Sadəcə, tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər”x9d.
 
E.Ələkbərov qeyd edib ki, gəlinin atası onun bibisi oğludur:
 
“Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz başa çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin