Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Mirzəyev Kamran Araz oğludur.
Bizim.Media xəbər verir ki, Kamran Mirzəyev 1998-cü il yanvarın 5-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.
O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurub.
Şəhid əsgər K.Mirzəyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib. Eyni zamanda ağır döyüşlərdə cəsurluğu ilə seçilib.
Kamran Mirzəyev Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.
Şəhidin bacısı Zeynəb Mirzəyeva deyir ki, qardaşı həmişə onun ad gününün qeyd edilməsini sevirdi: “Ötən il onun doğum gününü bir yerdə keçirdik”. Ona görə də ailə üzvləri Kamranın sevdiyi bu ənənəni onun ölümündən sonra da davam etdiriblər. Təəssüf ki, onun iştirakı olmadan.
Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. (Report)
Allah rəhmət eləsin!
Bizim.Media