Sel tikinti texnikalarını su altında qoydu - YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Sel tikinti texnikalarını su altında qoydu - YENİLƏNİB - FOTO/VİDEO 

76295

Xaçınçay çayına gələn sel ərazidə tikinti işləri ilə məşğul olan bir sıra tikinti texnikalarını və inşaat materiallarını su altında qoyub.  

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində körpü inşası ilə məşğul olan şirkətə məxsus qazma texnikaları su altında qalıb.  

Xatırladaq ki, körpü Bərdə-Ağdan yolu üzərində inşa edilir. Selin tikintiyə vurduğu zərərlə bağlı məlumat yoxdur.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu


***

Gecə saatlarından başlayaraq Xaçınçayda sel daşqınları müşahidə olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda davam edən daşqınlar çay yatağı boyunca, rayonun Qərvənd kəndi ərazisindən keçən hissəsində müşahidə olunur.  

Bundan başqa bir neçə istiqamətdə bəndlər yarılıb. Sel suları Tərtər rayonun Hüsənli kəndi ərazisindəki boş torpaq sahələrinə yayılıb.  

Qeyd edək ki, Xaçınçay çayı mənbəyini Kəlbəcər dağlarından götürməklə Kür çayına tökülür. Ağdam rayonu işğal edildikdən sonra çayın qarşısı kəsilib. Yalnız su çox olanda çay buraxılıb.

Sakinlərin sözlərinə görə, Xaçınçaya sonuncu dəfə 7 il əvvəl belə sel gəlib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin