"Tək millət, iki dövlət" olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.
Bizim.Media xəbər verir ki, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Texnofest-Azərbaycan” festivalı - CANLI YAYIM
"1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər.
Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir. Eyni zamanda qələbənin memarları olan şəhidlərimizi anmaq istəyirik. Bizlərdə bir atalar sözü var, dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik”, - deyə Bayraktar qeyd edib.
“Baykar” şirkətinin texniki direktoru fikirlərini Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeiri ilə davam etdirib.
Bizim.Media