Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara günorta və axşam yeməyində hissələrə bölünmüş peçenye verilməsi ilə bağlı xəbər vermişdik. Həmçinin sosial şəbəkələrdə uşaqlara çörək üzərində peçenye verilməsini əks etdirən fotolar paylaşılmışdı.
Məsələ ilə bağlı Şabran şəhər 1 saylı körpələr evinin rəhbəri Lalə Qədəşova Bizim.Media-ya açıqlamasında baş verənləri təxribat adlandırıb:
MÖVZU İLƏ BAĞLI:
Şabran uşaq bağçasında RƏZALƏT – FOTOFAKT
“Yayılan görüntülərdən xəbərim var və elə bir şey olmayıb. Bütün bunlar böhtan xarakterlidir. Hazırda məsələ ilə bağlı rayon prokuroluğu araşdırma aparır”, - deyə bağça müdiri geniş danışa bilmədiyini bildirib.
Qeyd edək ki, sözügedən məsələ Təhsil Nazirliyinin nəzarətindədir və araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media