AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində məlumat verilib.
Bildirilir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.
2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:08 / 06.01.2021
Vətən müharibəsində şəhid olan futbolçularımızın sayı açıqlandı
Hazırda oxunan: Vətən müharibəsində şəhid olan futbolçularımızın sayı açıqlandı
Hazırda oxunan: Vətən müharibəsində şəhid olan futbolçularımızın sayı açıqlandı
7618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.