Bu gün səhər saatlarında bağlanan Quba-Xınalıq yolu açılıb.
Qubanın icra başçısının müavini, rayonun Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, iri qaya parçalarının yola sürüşməsi nəticəsində 5 yaşayış məntəqəsinə - Xınalıq, Cek, Əlik, Qaleyxudat və Haput kəndlərinə gedən yol artıq nəqliyyat vasitələri üçün açıqdır.
Qeyd edək ki, icra başçısı Ziyəddin Əliyev FHK -nın üzvləri ilə birgə hadisə yerində olub təcili tədbirlərin görülməsini tapşırmışdı.
Hadisə yerinə Quba 5 saylı Yol İstismar İdarəsinin işçi qüvvəsi və xüsusi texnikasə cəlb edilib
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.