Uşaqlara yol hərəkəti qaydaları necə ÖYRƏDİLİR? – Növbəti TƏLİM

Hazırda oxunan: Uşaqlara yol hərəkəti qaydaları necə ÖYRƏDİLİR? – Növbəti TƏLİM

76158

"Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli" adlı silsilə təlimlər davam edir.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində  “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda növbəti tədbir keçirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.
Qonaqlar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim  keçiblər.

Daha sonra şagirdlərdən ibarət "Sürücülər", "Piyadalar", "Sərnişinlər" komandaları arasında yol hərəkəti qaydaları ilə bağlı yarış keçirilib və "Piyadalar" komandası qalib seçilib. Sonda yarışda iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin